BİRJA

Dövlət istiqrazları hərracında – MARAQLI NƏTİCƏ
27 İYUL
201

Dövlət istiqrazları hərracında – MARAQLI NƏTİCƏ

2016-07-27 11:41:00

Qiymətli kağızlar bazarı üzrə ekspert, «Kapital Menecment» investisiya şirkətinin icraçı direktoru Cəfər İbrahimli Dövlət Qısamüddətli İstiqrazlar üzrə iyulun 26-da keçirilən hərracla bağlı vəziyyəti açıqlayıb. Fins.az-ın məlıumatına görə, ekspert bildirir ki: «26.07.2016-ci il tarixdə Maliyyə nazirliyi tərəfindən 182 və 364 günlük olmaqla cəmi 25 milyon manat həcmində istiqrazlar hərraca çıxarilib. Hərraca çıxarılan istiqrazlara 32 milyon manat sifariş olunun və investorlarin illik gəlirlilik tələbi 6 və 27% aralığında olub. Maliyyə nazırliyi isə sadəcə 182 günlük istiqrazların illik gəlirliliyi 11%-ə qədər olan hissəsini, yəni 4 800 000 manatliq hissəsini təmin edib.

Nəzərə alaq ki, emitent tərəfindən daha əvvəlki hərraclarda 17-20% həcmində olan gəlirlilik təmin edilmişdi.Nəticələrə görə:

1. Maliyyə nazirliyi vəsaitə ehtiyacı azalıb;

2. Emitentə görə tələb olunan gəlirliliklər çox yüksəkdir;

3. investorların gəlirlilik tələbini artırmaları və əvvəlki hərraclara görə sifarişlərin həcminin azalması belə deməyə əsas verir ki, onlar manata təzyiqlərin davam edəcəyini gözləyirlər».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272