BİRJA

Maliyyə Nazirliyi dövlət istiqrazlarının emissiyasına hazırlaşır
21 İYUL
146

Maliyyə Nazirliyi dövlət istiqrazlarının emissiyasına hazırlaşır

2016-07-21 17:56:00

İyulun 26-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından fins.az-a verilən məlumata görə, emissiyanın həcmi 10 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 10 min ədəd, bir istiqrazın nominal dəyəri isə 100 manatdır. İstiqrazların tədavül müddəti 364 gündür.

Yerləşdirmədə anderrayter kimi “Paşa Kapital” QSC çıxış edəcək.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270