BİRJA

Dollar indeksi rekord vurdu
20 İYUL
2915

Dollar indeksi rekord vurdu

2016-07-20 15:00:00

Bloomberg Dollar Spot İndeksi, ABŞ-dan gələn iqtisadi göstəricilərin dünyanın ən böyük iqtisadiyyatının inkişafının davam etdiyinə işarə etməsilə, üç gündür qalxır. Müsbət göstəricilər, ABŞ Mərkəzi Bankı Fedin 2016-cı ilin sonuna qədər faiz artırımına gedəcəyinə dair fərziyyələri gücləndirib.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, Bloomberg Dollar Spot İndeksi, ABŞ-da yeni mənzil tikintisi göstəricisinin proqnozların üzərində çıxmasından sonra altı həftənin zirvəsinə yaxınlaşıb.

Artıq Fedin bu il ən azı bir dəfə faiz artıracağı barədə ehtimallar güclənir.

ABŞ Dolarıın 10 mühüm vahidi pul qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, üç gündə 1 faiz qalxıb və 1198 səviyyəsini keçib. İndeks, Çərşənbə Axşamı günü 3 İyundan bəri görülən ən yüksək səviyyəsini görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272