BİRJA

Əmanətdən 2 dəfə sərfəli - BFB-DƏ İSTİQRAZLAR
20 İYUL
281

Əmanətdən 2 dəfə sərfəli - BFB-DƏ İSTİQRAZLAR

2016-07-20 14:14:00

Azərbaycan investorları qiymətli kağızlar bazarında qısa müddət ərzində cidid gəlir əldə edə bilərlər. Fins.az-ın məlumatına görə, bunun üçün investorlar Bakı Fond Birjasında (BFB)  dövr edən istiqrazlara vəsait yatırmalıdırlar. Belə ki, hazırda birjada ticarət edilən bəzi istiqrazlar cəmi 5 aya ərzində sahibinə 10,5% gəlir gətirəcək. Bu isə hazırda əmanət bazarındakı təklifləri 2 dəfəyədək üstələyir (AMB-nin məlumatlarına görə, ölkədə bank əmanətləri üzrə orta illik faiz dərəcəsi orta hesabla 5,9%, bankların hazırda qüvvədə olan təkliflərində isə əmanətin orta illik gəlirliyi 10% təşkil edir.

Qeyd edək ki, Bakı Fond Birjasında (BFB) market meykerlər tərəfindən bir sıra səhmlər və istiqrazlarla əməliyyatlar aparılır. 20.07.2016 tarixinə BFB-də market meykerlər tərəfindən aşağıdakı qiymətli kağızlar alınıb-satılır:

Emitent

Qiymətli kağızın növü

Alış qiyməti

(Azn)

Satış qiyməti

(Azn)

Qiymətli kağızın

Ümumi gəlirliliyi

Qiymətli kağızın ödəniş tarixi

Faiz ödəniş dövrünün müddəti

"Holcim Azərbaycan" ASC

Səhm

30.10

31.52

-

-           

-

"Unibank" ASC

İstiqraz

98.92

103.48

9.1%

01.05.2018

3 ay

Bakcell" MMC

İstiqraz

95.58

100.59

8.0%

01.12.2017

3 ay

"Unibank" ASC

İstiqraz

94.77

99.72

10.5%

01.12.2016

3 ay

Qiymətli kağızlarla əməliyyat aparmaq istəyənlər BFB üzvlərinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272