BİRJA

Fondun aktivlərində üstünlük dollara verilib
19 İYUL
192

Fondun aktivlərində üstünlük dollara verilib

2016-07-19 09:07:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əksər hissəsini əvvəlki kimi ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Fins.az-ın məlumatına görə, bu barədə fondun məlumatında deyilir.

2016-cı il iyunun 30-na ARDNF-in aktivləri$35 mlrd. 117,9 mln. təşkil edib, bunun $1 mlrd. 361,6 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib.

Qeyd olunan tarixə ARDNF-in investisiya portfeli $33 mlrd. 756,3 mln.-a bərabərdir.

Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda $16 mlrd. 139,5 mln. və ya 47,8% ABŞ dolları, 34,5% avro, 4,7% funt sterlinq, 0,6% Avstraliya dolları, 1,2% türk lirəsi, 1,5% rus rublu, 1,3% Cənubi Koreya vonu, 1,4% Çin yuanı, 1,9% yapon yeni, 1,3% digər valyutalar, 3,8% isə qızılda yerləşdirilib.

Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 44,99%-i Avropa ölkələrində, 23,07%-i Şimali Amerika ölkələrində, 27,07%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.

Fondun investisiya portfelinin 79,6%-i istiqraz və pul bazarı alətlərində, 11,1%-i səhmlərdə, 5,5%-i daşınmaz əmlakda, 3,8%-i qızılda yerləşdirilib.

ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272