BİRJA

Bu bank səhmlərini BFB-də yerləşdirəcək
18 İYUL
173

Bu bank səhmlərini BFB-də yerləşdirəcək

2016-07-18 11:48:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Günay Bank" ASC-nin səhm emissiyasını qeydə alıb.

Fins.az "Report"-a istinadən bildirir ki, Palatadan verilən məlumata görə, emissiya hər birinin nominal qiyməti 47,83 manat olan 83 000 min səhmin yerləşdirilməsini nəzərdə tutur.

Səhmlər qapalı üsulla, Bakı Fond Birjasında yerləşdiriləcək. Emissiya baş tutsa, "Günay Bank"ın dövriyyədə olan səhmlərinin sayı 1 357 100-dən 1 440 100-ə, nizamnamə kapitalı isə 64 910 093 manatdan 68 879 983 manata yüksələcək.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildən fəaliyyət göstərir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275