BİRJA

Türk lirəsi yenidən bahalaşıb - Çevriliş cəhdindən sonra
18 İYUL
748

Türk lirəsi yenidən bahalaşıb - Çevriliş cəhdindən sonra

2016-07-18 08:17:00

Türk Lirəsi (TL) Bazar ertəsi günü erkən saatlarda, ötən həftənin son iş gününün son saatlarında meydana gələn dövlət çevrilişi cəhdi ilə əlaqədar verdiyi itkilərin az qala yarısını geri alıb. Fins.az "Marja"ya istinadən xəbər verir ki, TL dollar qarşısında 1.8% bahalaşaraq Bakı vaxtı ilə saat 05:30-da 2.9620 səviyyəsinə gəlib.

Lirə Cümə günü, tankların Ankara və İstanbul küçələrinə çıxdığı və hərbiçilərin ölkənin nəzarətini ələ keçirdiklərini iddia etdikləri zaman 4.6 faiz dəyər itirmişdi. Sonra çevriliş əhalinin dəstəyilə püskürdüldü və Prezident Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdinə qarşılıq verildiyini açıqladı.

Eləcə də bax: Çevriliş fonunda türk lirəsi kəskin ucuzlaşıb

Qısa müddət çəkən dövlət çevrilişi cəhdi, Türk Lirəsi əməliyyatlarının istirahət günündən əvvəl başa çatmasından təxminən iki saat əvvəl meydana gəldi və Türk Lirəsinin son səkkiz ilin ən sürətli ucuzlaşmasına səbəb oldu. 
Analitklər bildirirlər ki, qiymətlər yəqin ki, bir müddət volatil qalacaq, ancaq nəhayət, investorlar bunu bir alış fürsəti kimi istifadə edəcəklər. 

Eləcə də bax: Türkiyə iqtisadiyyatı zəifləyəcək - "NEFT FONDUNUN PLANI DƏYİŞƏ BİLƏR"

Türk Lirəsinin dollar qarşısında mərhələli olaraq 2.95 və hətta 2.90 səviyyələrinə toparlanacağı gözlənilir. Türk Lirəsi keçən həftə dollar qarşısında 3.0157 səviyyəsindən bağlanıb və bu səviyyə, Sentyabr ayında 3.0752 ilə görülən rekord aşağı səviyyədən 2% aşağıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272