BİRJA

«Deka Bank»ın səhmləri satışa çıxarılıb
14 İYUL
388

«Deka Bank»ın səhmləri satışa çıxarılıb

2016-07-14 02:02:00

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Deka Bank" ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib. Birjaya bankın təqribən 25 milyon manatlıq səhmi buraxılıb.

Belə ki, BFB-dən fins.az-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 22 min 700 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 1100 manatdır (ümumi məbləğ 24,97 milyon manat).

BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272