BİRJA

Neftin qiyməti ilə bağlı – YENİ PROQNOZ
13 İYUL
818

Neftin qiyməti ilə bağlı – YENİ PROQNOZ

2016-07-13 19:01:00

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) “Layt” və “Brent” markalı neftin bir barelinin orta qiymətlərinin bu il 44 dollar, 2017-ci ildə isə 52 dollar olacağını proqnozlaşdırır.

Fins.az «Azərtac»a istinadən xəbər verir ki, bu barədə EIA-nın aylıq hesabatında deyilir. Bildirilir ki, bu il qlobal neft tələbi 2015-ci illə müqayisədə gündəlik orta hesabla 1,4 milyon barrel artaraq 95,2 milyon barrelə, 2017-ci ildə isə gündəlik orta hesabla 1,5 milyon barrel çoxalaraq 96,7 milyon barrelə çatacaq. Qlobal neft tələbatındakı artımın böyük qisminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmayan ölkələrdə olacağı bildirilən hesabatda Çin və Hindistanın neft istehlakının 2016-cı və 2017-ci illərdə gündəlik 0,4 milyon barrel artacağı qeyd edilir.

Qlobal neft təklifi isə bu il 2015-ci ilə görə gündəlik orta hesabla 0,5 milyon barrel artaraq 96,2 milyon barrelə, 2017-ci ildə cari ilə nisbətən gündəlik orta hesabla 0,8 milyon barrel çoxalaraq 97 milyon barrel olacaq.

Qeyri-OPEC ölkələrinin neft istehsalının bu il və gələn il müvafiq olaraq gündəlik orta hesabla 0,6 və 0,2 milyon barrel azalacaq. ABŞ-ın xam neft istehsalının keçən ilki gündəlik orta hesabla 9,4 milyon barreldən bu il 8,6 milyon barrelə, 2017-ci ildə isə 8,2 milyon barrelə düşəcəyi təxmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271