BİRJA

Banklar istiqraz almaq üçün növbəyə dayanıb
06 İYUL
504

Banklar istiqraz almaq üçün növbəyə dayanıb

2016-07-06 16:33:00

Tələbatın yüksəkliyindən yararlanan Maliyyə Nazirliyi faizləri 2 dəfə aşağı salmağı bacarıb

İyulun 5-də Bakı Fond Birjasında (BFB-də) Dövlət Qısamüddətli İstiqrazlarına (DQİ) əməlli-başlı növbə yaranıb.

Bu istiqrazlar indi ölkənin dövriyyəsindəki yeganə qiymətli kağızlardır. Əllərindəki pulu yatırmağa yer axtaran banklar 20 milyon manatlıq istiqrazları almaqdan ötrü toplam 67,2 milyon manatlıq sifarişlə gəlmişdi.

Faizlər 2 dəfə azaldılıb

BFB-nin açıqlamasına görə, 11 investor 20 sifariş təqdim edib. Onlar, uzağı, 15 faizlik gəlir ümidi ilə sifariş versələr də, tələbatın yüksəkliyindən yararlanan Maliyyə Nazirliyi faizləri 2 dəfə aşağı salmağı bacarıb.

Beləliklə, hərracda 91 gün dövriyyərə olacaq qiymətli kağızlara 7 faiz civarında gəlirlilik qeydə alınıb. Bir ay öncə eyni növ qiymətli kağızların illik faiz dərəcəsi 9-10 faiz arasında olub.

İqtisadiyyatdakı mövcud durum...

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC-nin analitiki Cəfər İbrahimov deyib ki, iqtisadiyyatdakı mövcud durum (alternativ investisiya alətlərinin məhdudluğu, kreditləşmədəki problemlər və s.) bankları dövlət qiymətli kağızlarına üz tutmağa vadar edir:

«İstiqrazların son gəlirlilik göstəriciləri əmanətçilərdən cəlb etdikləri vəsaitlərin faiz dərəcəsindən aşağı olsa da, investorlar pulu DQİ-yə dəyişməklə, az-maz gəlir götürməyə üstünlük verirlər.Amma başqa çıxış yolu da yoxdur. Əslində isə, indi manat ifadəsilə buraxılan dövlət istiqrazları üçün 7 faiz göstəricisi ən kritik nöqtədir».

Ekspress-sorğuda müəyyənləşdirilib ki...

AzadlıqRadiosunun apardığı ekspress-təhqiqat müəyyənləşdirib ki, hazırda DQİ bazarında alış təklifi ilə çıxış edən əsas investorlar «Paşa Bank», «Kapital Bank», «Bank Melli İran»ın və «Pakistan Milli Bankı»nın Bakı filiallarıdır. İnvestorlar arasında başqa bank və sığorta şirkətləri də var.

Mənbə: AzadlıqRadiosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272