BİRJA

Maliyyə Nazirliyi dövlət istiqrazları üzrə hərrac keçirdi
05 İYUL
243

Maliyyə Nazirliyi dövlət istiqrazları üzrə hərrac keçirdi

2016-07-05 17:06:00

Bu gün Maliyyə Nazirliyi Bakı Fond Birjasında (BFB)  20 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirib. Bu barədə fins.az-a BFB-dən məlumat verilib.

Bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən 20 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 67,259,700.00 AZN təşkil edib.

Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.4053 AZN (6.5902%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.2847 AZN (7.0972%) orta ölçülmüş qiyməti 98.3422 AZN (6.8553%) təşkil edir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 8-də həyata keçiriləcək.

Tədavül müddəti  91 gün olan istiqrazların ödəmə tarixi oktyabrın 4-nə təyin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271