BİRJA

Neft yenidən ucuzlaşdı
30 İYUN
266

Neft yenidən ucuzlaşdı

2016-06-30 09:28:00

Neft, Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmaq (Brexit) qərarı verməsindən sonra, ABŞ-da ehtiyatların və hasilatın azalması ilə bağlı olaraq son iki gündə bahalaşmışdı. Fins.az-ın "Marja"-ya istinadən xəbərinə görə, bu gün yenidən neft qiymətləri aşağı düşməyə başlayıb.

Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı rəqəmlərə görə, ABŞ-da neft bazalarda ehtiyatlar ötən həftə 4.05 milyon barel azalıb. Ehtiyatlar altı həftədir azalır. ABŞ-da neft hasilatı da ardıcıl 3 həftədir azalaraq, 2014-dən bu yana ən aşağı səviyyəsinə enib.

Bakı vaxtı ilə 08:30-da Qərbi Texas nefti (WTI) Nymex birjasında 1% düşərək 49.27 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 1.2 faiz düşərək 50.01 dollara qədər geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275