BİRJA

Türkiyənin aviasiya şirkətlərinin səhmləri ucuzlaşdı
29 İYUN
188

Türkiyənin aviasiya şirkətlərinin səhmləri ucuzlaşdı

2016-06-29 12:35:00

Atatürk hava limanındakı terror aktı Türkiyənin səhm bazarını 0,05 fazi ucuzlaşdırıb. Fins.az xəbər verir ki, bu ölkədə hava nəqliyyatı sektorunda işləyən şirkətlərin səhmləri xeyli ucuzlaşıb.

Ən böyük azalma Türkiyə hava limanlarını idarə edən “TAB” şirkətinin səhmlərində müşahidə edilib- 5,5 faiz. “Türk Hava Yolları”nın səhmlərində bu ucuzlaşma 2,5 faiz, “Cələbi”də 3,36 faiz, “Pegasus Hava Yolları”nda isə 1,5 faiz olub.

“Kapital Menecment” şirkətinin rəhbəri Cəfər İbrahimli bildirib ki, səhmlərin qiymətindəki azalma xeyli müddətdir davam edir. Son terror hadisəsi isə bu gün bazarda daha çox enməyə səbəb olub. C.İbrahimli hesab edir ki, artıq terrorun nəticələrinin aradan qaldırılması tədbirlərindən sonra təxirə salınan reyslər bərpa ediləcək. “Bununla şirkətlər itkilərini qarşılaya biləcəklər. Şirkətlərin səhmləri də toparlanaraq dəyərini bərpa edə biləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272