BİRJA

Neftin qiyməti 1 ayda necə dəyişdi? - İYUN
28 İYUN
271

Neftin qiyməti 1 ayda necə dəyişdi? - İYUN

2016-06-28 10:30:00

Fins.az Brent və WTI markalı neftin dünya bazarında bir ay ərzində qiymətinin necə dəyişdiyini araşdırıb. Hər iki neftin qiyməti demək olar ki, eyni istiqamətdə gedib.

Brent markalı neftin qiyməti  ay ərzində ən yüksək həddə iyun ayının 8-də çatıb. Bu tarixdə neftin bir barelinin qiyməti 52,51 dollar təşkil edib. Ən aşağı qiymət göstəricisi isə bir barelə 47.16 dollar olmaqla 27 iyunda olub. Ümumiyyətlə isə Brent neftinin qiymətində ay ərzində kəskin enib qalxmalar müşahidə olunsa da, neftin bir barelinin qiyməti ən çox 49 dollardan çox olub.

Aşağıdakı qrafikdə iyun ayı ərzində Brent markalı neftin qiymətinin necə dəyişdiyini görə bilərsiniz.

Aşağıdakı qrafikdə iyun ayı ərzində Brent markalı neftin qiymətinin necə dəyişdiyini görə bilərsiniz.

WTI markalı neftin qiymətinin ay ərzində ən baha olduğu tarix 8 iyun olub. Bu tarixdə neftin bir barelinin qiyməti  51,23 dollarabərabər olub. 16 iyunda isə neft qiyməti ən aşağı həddə 46,21 dollara enib.

Aşağıdakı qrafikdə isə iyun ayı ərində WTI markalı neftin qiymətinin necə dəyişdiyini görə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272