BİRJA

Funt-sterlinq Cümə günkü səviyyəsindən də aşağı düşdü
27 İYUN
574

Funt-sterlinq Cümə günkü səviyyəsindən də aşağı düşdü

2016-06-27 17:39:00

Funt-sterlinq bu günə qədərki ən qaranlıq dövrlərindən birini yaşayır.

Funt-sterlinq dollar qarşısında, ötən Cümə günü 9% ilə rekord sürətdə düşdükdən sonra, yenidən 3,5% dəyərdən düşərək 1.3200 səviyyəsinə qədər enərək 30 ilin ən aşağı səviyyəsini görüb. Beləliklə, Funt sterlinq/dollar (GBP/USD) cütlüyü referendumdan Avropa Birliyindən (AB) ayrılmaq qərarı çıxandan sonra gördüyü ən aşağı səviyyədən də aşağı enib.

Britaniyanın pul vahidi, ölkənin Avropanın valyuta mexanizmindən çıxmaq məcburiyyətində qaldığı 1992-ci ildəki "Qara Çərşənbə"də 4.1 faiz dəyər itirmişdi.

Standard Bank Group Ltd.-dən Stiven Barrou, "İnsanlar, Brexit-in gələcək üçün nə işarə etdiyini anlamaqda çətinlik çəkirlər, zərbənin ölçüsünün nə olacağını hələ bilmirlər" deyə bildirib.

Funt-sterlinq, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmağa (Brexit) səs verməsinin ardından bütün valyutalar qarşısında dəyərdən düşüb və dollar qarşısında 1985-ci ildən bu yana ən aşağı səviyyəsini görüb. Qeyri-müəyyənlik, maliyyə naziri George Osborne-un iqtisadiyyatı dəstəkləmək üçün planların hazır olduğunu söyləyərək bazarları sakitləşdirməyə səy göstərməsinə baxmayaraq bu gün də davam edib.

İnvestorlar, Britaniyanın AB-dən ayrılmasına dair mexanizm və şərtlərin hələ məlum olmamasından dolayı və Baş nazir Devid Kameronun istefasını açıqlamasının ardından, müzakirələr zamanı ölkənin siyasi liderliyini kimin aparacağının məlum olmaması ilə və aylar sürəcək bir qeyri-müəyyənliklə üz-üzədirlər. Ölkədə Şotlandiyanın müstəqillik referendumunun keçirilməsinin gözlənilməsi də qeyri-müəyyənliyi artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272