BİRJA

Qızılın sürətli bahalaşması - DAVAM EDƏCƏK
27 İYUN
334

Qızılın sürətli bahalaşması - DAVAM EDƏCƏK

2016-06-27 12:28:00

BREXIT xəbəri dünya maliyyə bazarlarında şok yaşatdığı üçün qızıla olan tələb artmış və nəticədə, qızılın bir unsiya qiyməti təkcə cümə günü 9% bahalaşıb. 

Fins.az İnvestAz İnvestisiya şirkətinə istinadən xəbər verir ki, hazırda, dünya əmtəə birjalarında 1322$-dan qismən baha təklif edilən qızılın bir unsiya qiyməti daha da bahalaşa bilər. Böhran dövrlərində ehtiyat yatırım aləti sayılan, qızılın qiyməti cümə günü 1357$-a kimi bahalaşdıqdan sonra 1306$-a kimi qismən ucuzlaşıb.

Sonuncu ucuzlaşmanı korrektiv dalğa kimi qiymətləndirən analitiklərin fikrincə, bir unsiya üzrə qiymət qısa müddət ərzində 1375$ və 1390$-a kimi dəyər qazana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272