BİRJA

ABŞ və Avropanın fond bazarları çöküb - KƏSKİN ENMƏ
25 İYUN
948

ABŞ və Avropanın fond bazarları çöküb - KƏSKİN ENMƏ

2016-06-25 10:46:00

Britaniyanın Avropa Birliyindən çıxması ilə nəticələnən referendumun səbəbindən Amerikanın fond bazarı çöküb. Fins.az bildirir ki, Bloomberg-in məlumatına görə, birjalarda son 10 ay ərzində ən böyük enmə baş verib.

Belə ki, Dow Jones indeksi 3,39% azalaraq 17 399,86-ya düşüb.

S&P 500 indeksi 3,60% azalaraq 2037,30-a enib. NASDAQ elektron birjasının indeksi isə 4,12% azalaraq 4707,98 pilləyə enib.

Avropa fond bazarlarında FTSE 100 indeksi 3,15%  azalaraq 6 138,69-a, Almaniya birjasının indeksi - DAX 6,82% azalaraq 9 557,16-a, Fransa birjasının CAC-40 indeksi 8,04% azalaraq 4 106,73 bəndədək ucuzlaşıb.

Birjalarda qızılın unsiyası 59,30 dollar artaraq 1 322,40 dollara, gümüş isə 0,44 dollar artaraq 17,79 dollara satılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275