BİRJA

Avro manata qarşı 3%, funt isə 9%-dən artıq ucuzlaşıb
24 İYUN
532

Avro manata qarşı 3%, funt isə 9%-dən artıq ucuzlaşıb

2016-06-24 10:08:00

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. 

AMB-dən Fins.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5332 manat təşkil edib.

Avro isə manata nisbətən kəskin zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 3,2% ucuzlaşaraq 1,6787 manat olub. 

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 3% zəifləyərək 0,0230 manat olub.

Türkiyə lirəsi manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 2,4% zəifləyərək 0,5164 manata enib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0530 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 9,3%-lik ucuzlaşma nümayiş etdirib. 

Gürcüstan larisi isə 0,2% bahalaşaraq 0,6875 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272