BİRJA

Neft bahalaşdı
17 İYUN
549

Neft bahalaşdı

2016-06-17 09:00:00

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar artaraq 46,50 dollar təşkil edib.

Fins.az "APA"-ya istinad'n x'b 'r verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,43 dollar artaraq 47,62 dollar olub.

Beləliklə, neft bu həftə ilk dəfə olaraq bahalaşıb. Analitiklərin fikrincə nefti bahalaşdıran səbəblərdən biri ABŞ-da neft ehtiyatlarının həftə ərzində 76 min barel azalmasıdır. İkinci səbəb kimi Böyük Britaniyada millət vəkili Co Koksun qətlə yetirilməsi göstərilir. C. Koks Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının qəti əleyhinə idi. Onu qətlə yetirən şəxs isə “Brexit” tərəfdarı olub. Bu hadisədən sonra referendum ilə bağlı təşviqat kampaniyası dayandırılıb. 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275