BİRJA

Valyuta Fondundan neftlə bağlı - BƏDBİN PROQNOZ
09 İYUN
989

Valyuta Fondundan neftlə bağlı - BƏDBİN PROQNOZ

2016-06-09 20:16:00

Beynəlxalq Valyuta Fondu (İMF) neft bazarı ilə bağlı proqnozunu açıqlayıb. Qurum, hazırda neftin barelinin qiymətinin 52 dollar olmasına baxmayaraq, 2021-ci ilə qədər neftin orta illik qiymətlərinin 51 dollardan aşağı olacağını proqnozlaşdırıb.

Fins.az "Report"a istinadən xəbər verir ki, bu barədə İMF-in "Ucuz neft iqymətləri ilə yaşamağı öyrənmək" adlı yeni hesabatında məlumat verilib.

İMF-in proqnozlarına görə, neftin barelinin orta illik qiyməti 2016-cı ildə 36 dollar/barel, 2017-ci ildə 42 dollar/barel təşkil edəcək. Sonrakı illərdə neftin orta illik qiyməti tədricən artaraq 2021-ci ilə qədər 51 dollar/barelə çatacaq. Fond, neft fyuçerslərini təhlil edərək bildirib ki, qiymətlər 2020-ci ilə qədər 50-55 diapazonunu keçməyəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274