BİRJA

Neftin bahalaşması Azərbaycanın istiqrazlarını bahalaşdırır
09 İYUN
204

Neftin bahalaşması Azərbaycanın istiqrazlarını bahalaşdırır

2016-06-09 14:23:00

Dünya bazarında neftin bahalaşması Azərbaycanın dövlət istiqrazlarına müsbət təsir edib.

Fins.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın istiqrazları 0,8 bənd irəliləyib.

Azərbaycanla yanaşı, Rusiya və Qazaxıstanın istiqrazları da dəyər qazanıb. Şimal qonşumuzun qiymətli kağızları 0,8-1,4  bənd dəyər qazandığı halda, Xəzərin o biri tayındakı qonşumuzun istiqrazları 0,3-0,6 irəliləyib/ 

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ölkədə kommersiya neft ehtiyatları 3,2 mln. barrel azalıb. Halbuki, ekspertlər kommersiya ehtiyatlarının 2,5 mln. azalacağını proqnozlaşdırırdı. Statistika açıqlanandan onsuz da bahalaşmaqda olan neftin qiyməti daha da artdı. Son günlər dolların zəifləməsi nefti bahalaşdırır. Hazırda Brent markarlı neftin 1 barrelinin qiyməti 51,99 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272