BİRJA

Neftin "taleyi" FED-dən aslıdır - AÇIQLAMA
09 İYUN
357

Neftin "taleyi" FED-dən aslıdır - AÇIQLAMA

2016-06-09 08:54:00

ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər. Fins.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin icmalında bildirilir.

“ABŞ dollarının möhkəmlənməsi, kredit-maliyyə siyasətində sərtləşmə neft qiymətləri və investisiyalarına  mənfi təsir göstərə bilər. Xüsusən bu, büdcə defisiti ilə üzləşən neft ixrac edən ölkələrin iqtisadiyyatında özünü daha çox biruzə verəcək”, sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi direktorlar Şurasının növbəti iclası iyunun 15-16-da keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272