Daha iki şirkət Bakı Fond Birjasının (BFB) listinqə qəbuledilib. BFB-dən fins.az-a verilən məlumata görə, Birjanın Listinq Komitəsinin iyunun 6-dan etibarən qərarı ilə aşağıdakı şirkətlə rBFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
№ |
Döv. Qeyd. nömrəsi |
Q/k növü və forması |
Emitent |
Ticarətə buraxılan qiymətli kağızların sayı |
Ticarətin başlanması tarixi |
Q/k-ın ilkin ticarət qiyməti |
Bazar seqmenti |
1 |
AZ1001014310 |
Adi səhm |
“Faza” ASC |
14 784 (ədəd) |
|
2 AZN |
alternativ |
2 |
AZ1001019210 |
Adi səhm |
“Ağcəbədi Tədarük” ASC |
73 284 (ədəd) |
09.06.2016 |
0.50 AZN |
alternativ |
Bu səhmlərdə ticarət iyunun 9-dan etibarən başlanacaq. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.