BİRJA

Neft 60 dollara kimi bahalaşacaq - PROQNOZ
06 İYUN
477

Neft 60 dollara kimi bahalaşacaq - PROQNOZ

2016-06-06 19:45:00

Qlobal neft təklifinin gözləniləndən daha sürətlə azalması neft qiymətlərini 60 dollar/barelə yüksəldə bilər. 

Fins.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Abu Dabi İqtisadi İnkişaf Departamentinin rəhbəri Əli Məcid əl-Mansurinin açıqlamalarına görə, neft bazarında tarazlıq sürətlə bərpa olunur. Hazırda qlobal neft bazarında təklifin tələbi üstələməsi 1.5 mln. bareldən 1.2 mln. barelə enib. 

O, həmçinin bildirib ki, neft qiymətləri bu gün tarazlıq səviyyəsinə çatmayıb: "Bu il qiymətlərin 55-60 dollar/barelə çatacağını düşünürəm. Ümumiyyətlə, neft bazarı qiymətlərin canlanmasını dəstəkləyir. Neft bir daha ilin əvvəlindəki böhran zamanı mövcud olan 27 dollar/barel minimal səviyyəyə enməyəcək". 

Qeyd edək ki, neft qiymətləri cümə günü ABŞ-da aktiv neft quyularının sayının son 6 ayda ilk dəfə artması ilə 50 dollar/bareldən aşağı enib. Əl-Mansurinin açıqlamaları isə neft qiymətlərinin 50 dollar/barel həddini yenidən keçməsinə səbəb olub.       

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274