BİRJA

Azərbaycanda birjadankənar bazarda - YENİ REKORD
04 İYUN
635

Azərbaycanda birjadankənar bazarda - YENİ REKORD

2016-06-04 10:49:00

Milli Depozit Mərkəzi (MDM) 7 aylıq fasilədən sonra qiymətli kağızlar bazarının vəziyyəti barədə informasiyanı açıqlayıb.

Fins.az Mərkəzin aylıq statistik məlumatına istinadən xəbər veri ki, 2015-ci ilin dekabrında və 2016-cı ilin yanvarında səhmlərin alqı-satqısı üzrə birjadankənar platformada bağlanan əqdlər üzrə rekord göstərici qeydə alınıb.

2015-ci ilin dekabrında 50 əqd üzrə 132 mln. manat, bu ilin yanvarında 18 əqd üzrə  92,4 mln manat məbləğində qiymətli kağızlar alqı-satqı predmeti olub. Bu ilin fevral-aprelində  isə birjadankənar bazarda 21,4 mln. manat məbləğində qiymətli kağızlar satılıb.

Birjadankənar platformada əqd həcminin bir hissəsi Holcim (Azerbaycan) şirkətinin 10% səhmlərinin alqı-satqısı üzrə əqdlərin payına düşüb.

Qeyd edək ki, indiyədək ən böyük aylıq əqd  həcmi 2015-ci ilin Oktyabr ayında 81,9 milyon manat olaraq qeydə alınmışdı. 

 Mənbə: Marja.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272