BİRJA

Qızıl kəskin bahalaşıb – QİYMƏT SIÇRAYIŞI
04 İYUN
1456

Qızıl kəskin bahalaşıb – QİYMƏT SIÇRAYIŞI

2016-06-04 10:44:00

Dünya bazarlarında qızılın qiyməti kəskin artıb. Fins.az-ın məlumatına görə, birjalarda qızılın 1 unsiyasının (31 qram) qiyməti 30,30 dollar bahalaşaraq 1 243 dollara qalxıb.

Bahalaşmayə ABŞ-da məşğulluq göstəricilərinin gözləniləndən pis olması barədə hesabatın yayılması səbəb olub.
Qeyd edək ki, ABŞ-da May ayında kənd təsərrüfatı xaric məşğulluq 38 min ilə gözləntilərdən aşağı artıb. Ekspertlər May ayında 164 min məşğulluq artımı gözləyirdi.

Bu 2010-ci ilin payızından bu yana görülən ən pis göstəricidir. Məşğulluq bazarındakı bu zəiflik Fedin faizləri artırmaqda çətinlik çəkə biləcəyinə işarə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272