BİRJA

İstiqrazlara tələbat təklifi 5 qat üstələyib
31 MAY
234

İstiqrazlara tələbat təklifi 5 qat üstələyib

2016-05-31 17:45:00

31 may 2016-cı il tarixində, Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102014492 ISIN kodlu, 91 gün tədavül müddətli, 5 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən fins.az-a verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 25 840 700 AZN təşkil edib.

Sifarişlər 95.9340 AZN (gəlirlik 17.2358 %) və 98.1600 AZN (gəlirlik 7.6229 %) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 97.5675 AZN (gəlirlik 10.1387 %) orta ölçülmüş qiyməti 97.8326 AZN (gəlirlik 9.0093 % %) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 01.06.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 000 000 AZN təşkil edilib. İstiqrazların ödəmə tarixi 30 avqust 2016-cı ildir. İstiqrazların tədavül müddəti – 91 gündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274