BİRJA

Sahibkarlara xaricdən işçi gətirməyin qaydaları izah olunub
27 MAY
283

Sahibkarlara xaricdən işçi gətirməyin qaydaları izah olunub

2016-05-27 17:15:00

Bu gün Bakıda Caspian European Club (Caspian Business Club) və “PwC Azərbaycan”ın birgə təşkilatçılığı ilə miqrasiya qanunvericiliyi və onun Azərbaycanda praktiki tətbiqi mövzusunda seminar keçirilib. Fins.az xəbər verir ki, seminarda Caspian European Club-un (Сaspian Business Club) üzv şirkətləri, Dövlət Miqrasiya Xidmətinin, beynəlxalq və transmilli korporasiyaların nümayəndələri iştirak ediblər. “PwC Azərbaycan”ın ekspertləri Azərbaycanın miqrasiya qanunvericiliyi, aktual problemlər və onların həlli yolları haqda danışıblar.

Tədbirdə qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkəyə səfər etmiş hər bir əcnəbinin ölkəyə giriş və çıxış, müvəqqəti olma, müvəqqəti yaşama, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma hüququ var. Seminarda bu məqamların hər biri bütün incəliklərinə kimi gözdən keçirilib. Əmək miqrantlarının sərhədi keçmələri, əmək vizası əldə etmək imkanları, müvəqqəti yaşama və  işlətəmin olunmaları, miqrasiya siyasəti sahəsindəki bir sıra aktual məsələlər, o cümlədən miqrasiyaqanunvericiliyinin pozulmasına görə tərəflərin məsuliyyəti barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272