BİRJA

Neftin qiyməti 1 ayda necə dəyişdi – QRAFİK
27 MAY
518

Neftin qiyməti 1 ayda necə dəyişdi – QRAFİK

2016-05-27 11:06:00

Fins.az dünya bazarında neftin qiymətinin 1 ay ərzində necə dəyişdiyini araşdırıb. Qrafikə nəzər salsaq görərik ki, may ayı ərzində brent markalı neftin qiyməti may ayının 9-dan etibarən artan xətlə inkşaf edib. Mayın 25-də neftin qiyməti ay ərzində ən maksimal həddə çataraq 1 barel neft - 49,74 dollar təşkil edib. Ən aşağı göstərici isə, 9 mayda qeydə alınıb -43,63 dollar.

Texas (WTI crude) neftində də artım may ayının 13-dən başlayaraq davam edib. Ayın 25-də neftin 1 barelinin qiyməti ən yüksək həddə- 49,56 dollara çatıb. Son iki gündür ki, hər iki markalı neftin qiymətində azalma müşahidə olunur.

Dünya bazarında neftin qiyməti Azəri Light neftinə də birbaşa təsir göstərir. Hazırda Azərbaycan neftinin bir barelinin qiyməti 51,31 dollara bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272