BİRJA

"SOCAR Turkey Energy" şirkəti "Petkim" layihəsində – PAYINI SATIR
21 MAY
427

"SOCAR Turkey Energy" şirkəti "Petkim" layihəsində – PAYINI SATIR

2016-05-21 11:17:00

"SOCAR Turkey Energy" şirkəti "Petkim" layihəsindəki payını satışa çıxarıb. Fins.az-ın məlumatına görə, "SOCAR Turkey Energy" "Petlkim"də sahib olduğu və sərmayənin 5,32%-nə bərabər olan 79,8 mln. lirə dəyərində hissəni birjada satışa çıxarır. Artıq bununla bağlı şirkət Türkiyənin Mərkəzi Qeydiyyat Qurumuna müraciət edib. Xatırladaq ki, "SOCAR Turkey Energy" mart ayında "Petkim"də iştirak payını 8,07%-dən 5,32%-yə endirib. 

SOCAR-ın özü «Petkim»də qalır

Bununla yanaşı, qeyd edək ki, "SOCAR Turkey Energy"şirkəti "Petkim" layihəsindəki payını satışa çıxarması Azərbaycanın SOCAR şirkətinin «Petkim»dən tamamilə çıxması deyil. Belə ki, SOCAR-ın daha bir törəməsi olan «SOCAR Petroleum» şirkəti hazırdp «Petkim»də 52% paya malikdir. Ona görə də, "SOCAR Turkey Energy" hətta bu layihədəki payını satsa da, ümumilikdə layihənin 52%-i SOCAR-a məxsus olaraq qalacaq.

Pul yatırmaq üçün ən sərfəli şirkətlərdən biri idi

Qeyd edək ki, «Petkim» şirkəti Türkiyənin ən uğurlu layihələrindən sayılır. Fond bazarı üzrə mütəxəssislər bu şirkətin səhmlərini Türkiyəyə yatırım etmək üçün ən sərfəli kağızlardan biri kimi qiymətəndirirlər.
Belə ki, bir neçə illər əvvəl bu şirkət Türkiyə bazarında ciddi seçilmirdi. Amma son 2 ildə, bu şirkətin sahibləri sırasına Azərbaycanın SOCAR şirkəti sonra Petkim çox ciddi artıma başlayıb. Dünya bazarında neftin ucuzlaşması da Petkimə müsbət təsir edib. Belə ki, neft Petkimin əsas xammalı olduğuna görə, onun kəskin aşağı düşməsi şirkətin mənfəətini artırıb. Nəticədə Petkimin səhmləri son iki ildə 157% və ya 2,5 dəfə yüksələrək 1,63 lirədən 4,12 lirəyə qalxıb.

Eləcə də bax: İstanbul birjasında pul yatırmaq üçün – ƏN ETİBARLI 6 ŞİRKƏT

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275