BİRJA

“Kapital Bank”ın səhmləri bahalaşa bilər
19 MAY
415

“Kapital Bank”ın səhmləri bahalaşa bilər

2016-05-19 16:55:00

2015-ci ilin yekununda “Kapital Bank”ın səhmlərinin gəlirliliyinin 33% olması onun qiymətli kağızlarını ciddi şəkildə bahalaşdıra bilər. Bunu fins.az-a açıqlamasında “Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər İbrahimli deyib. 

Eləcə də bax: Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək 

Xatırladaq ki, “Kapital Bank” səhmdarlarına ötən gün hesabat verib. Bankın payçılarının ənənəvəvi illik yığıcağında hər bir səhmə görə 4,13 manat dividend ödəniləcəyi bildirilib. Hazırda səhmlərin nominal dəyəri 12,39 manat, bazar dəyəri isə təxminən 20 manatdır.

“İqtisadi çətinlik dövründə 33% divident səhmdarlar üçün göydəndüşmədir. Bu, bankın səhmlərinin qiymətini yəgin ki, 25 manata qədər artıracaq” – deyə Cəfər İbrahimli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270