Mayın 18-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 51,16 dollara satılıb. Bu barədə fins.az Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən xəbər verir. Məlumata görə, bu, mayın 17-də qeydə alınmış qiymətdən 0,43 dollar və yaxud 0,85% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır