BİRJA

Dövlət istiqrazlarının gəlirliliyi 20%-i keçdi
17 MAY
358

Dövlət istiqrazlarının gəlirliliyi 20%-i keçdi

2016-05-17 17:21:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 10 milyon manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan fins.az-a verilən məlumata görə, hərracda 6 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 milyon 177,7 min manat təşkil edib. Sifarişlər 92.2449 (gəlirlik 16.9999%) və 95.9300 (gəlirlik 8.5791%) qiymət intervalında təqdim olunub. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.9898 (gəlirlik 12.9303%) orta ölçülmüş qiymət 94.3604 (gəlirlik 12.0854 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 18.05.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların ödəmə tarixi 15 noyabr 2016-cı ildir.

Bundan başqa, Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 10 milyon manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib. Hərraca 6 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 20 milyon 249,2 min manat təşkil edib. Sifarişlər 80.0808 (gəlirlik 25.0109%) və 91.3500 (gəlirlik 9.5212%) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 83.3333 (gəlirlik 20.1102%) orta ölçülmüş qiymət 89.4131  (gəlirlik 11.9056 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 18.05.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların ödəmə tarixi  16 may 2017-cı ildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272