BİRJA

“Kapital Menecment”in rəhbərliyi niyə dəyişir?
13 MAY
301

“Kapital Menecment”in rəhbərliyi niyə dəyişir?

2016-05-13 12:05:00

Xəbər verdiyimiz kimi, iyunun 10-da “Kapital Menecment” İnvestisiya Şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Yığıncaqda şirkətin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılmalıdır. Fins.az-a “Kapital Menecment”in rəhbərliyinin dəyişdirilməsinin səbəbləri məlum olub.

Məsələ ondadır ki, bu investisiya şirkətinin səhmləri 100% “Texnikabank”a məxsusdur. MŞ-da təmsil olunan 3 şəxsdən 2-si də bankdan təyin edilib. MŞ-ya rəhbərlik edən Samir Bəxşəliyev “Texnikabank”ın İdarə Heyəti sədrinin 1-ci müavini, MŞ-nın üzvü Nicat Xəlilov isə bankın Xəzinədarlıq departamentinin şöbə müdiridir. MŞ-nın digər üzvü isə Cəfər İbrahimlidir ki, onun da banka bağlılığı yoxdur.

“Texnikabank”ın lisenziyası ləğv olunduğundan “Kapital Menecment”in rəhbərliyində bankı təmsil edən şəxslər bu gün faktiki olaraq başqa işlərdə çalışır. Buna görə də, MŞ-nın tərkibinin yenilənməsinə qərar verilib. Cəfər İbrahimli istisna olmaqla digər 2 şəxsin əvəz ediləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275