BİRJA

Neftin qiyməti 141 dollara çata bilər – PROQNOZ
13 MAY
997

Neftin qiyməti 141 dollara çata bilər – PROQNOZ

2016-05-13 10:49:00

ABŞ-ın Energetika Nazirliyi 2040-cı ilədək əsas iqtisadi göstəricilər üzrə proqnozlarını açıqlayıb. Nazirliyin yaydığı məlumata görə, 2040-cı ildə neftin qiyməti bir barel üçün 141 dollara çatacaq. Nazirliyin analitikləri bildirir ki, dünya bazarında 2011-ci ildə maksimum qiymət – bir barel üçün 115 dollar - qeydə alınandan sonra neftin qiyməti ucuzlaşaraq 2015-ci ildə 50 dollara enib.

İndi isə nazirlik neftin bahalaşmasını proqnozlaşdıranda 4 əsas amili əsas götürüb. Bunlar OPEK ölkələrinin qərarları və investisiyaları, yanacaq bazarı, qeyri-yanacaq bazarı, eləcə də dünyada yanacağa və yanan maddələrə tələbatın dəyişməsidir. Nazirlik bildirir ki, bu amillərin hər birinin dəyişməsi proqnozlara təsir edə bilər və nəticədə ona yenidən baxıla bilər. Sənəddə deyilir ki, neftin 141 dollarlıq qiyməti «real qiymət»dir.

Bu proqnoz ona əsaslanır ki, neft şirkətlərinin və neft ölkələrinin hasilata ayırdığı xərclər azalacaq, tələbat isə tədricən artacaq. Bununla yanaşı, OPEK neft bazarında öz payının 39–43% arasında qorunub saxlanmasına çalışacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin isə neftə gündəlik tələbatı indiki 45,5 milyon bareldən 2040-cı ildə 46,1 milyon barrelə çatacaq. Enerji daşıyıcılarına olan ümumi tələbat isə neft ekvivalentində gündəlik 44,4 milyon bareldən 74,8 milyon barrelə çatacaq.

Nazirliyin proqnozlarında neftin «aşağı qiyməti» də yer alıb. Bu proqnozlara görə, 2040-cı ildə neftin ən aşağı qiyməti bir barel üçün 75 dollar olacaq. Bu proqnoz o təqdirdə doğrula bilər ki, dünyad iqtisadi artım gözlənildiyindən daha zəif olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272