BİRJA

«Unibank» istiqrazlarının şərtləri dəyişdi
12 MAY
337

«Unibank» istiqrazlarının şərtləri dəyişdi

2016-05-12 16:13:00

«Unibank»ın 2011-ci ildə buraxdığı istaqrazların şərtləri və müddəti dəyişib. Bankdan fins.az-a verilən məlumata görə, bankın İdarə Heyətinin 4 aprel tarixli qərarı ilə 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılıb.

Bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.12-ci və 1.13cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilib və həmin dəyişikliklər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275