BİRJA

Bu həftənin vacib xəbərləri - DOLLAR BAHALAŞIR
09 MAY
2273

Bu həftənin vacib xəbərləri - DOLLAR BAHALAŞIR

2016-05-09 10:54:00

Ötən həftə dünya birjalarında maraqlı proseslər və bu proseslərə birbaşa təsiri olan hadisələrlə yadda qaldı. Həmin təsirlərin yeni həftə ərzində də hiss ediləcəyi gözlənilir. Fins.az İnvestAz şirkətinə istinadən həftənin vacib xəbərlərini təqdim edir.

 

Əvvəlki həftə – 02-06 may, 2016

Türkiyədəki siyasi qeyri-müəyyənlik lirəni 6,5% ucuzlaşdırdı

Türkiyənin baş naziri Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini geri çəkməsi xəbərindən sonra Türkiyə lirəsi ucuzlaşmağa başladı. Ə.Davudoğlu partiya sədrliyinə namizədliyini geri çəkib. Türkiyə prezidenti ilə keçirdiyi danışıqlardan bir gün sonra Davudoğlu AKP partiyasına sədrlikdən və beləliklə, baş naziri vəzifəsindən imtina edib. Davutoğlu cümə axşamı Ankarada etdiyi çıxışında bildirib ki, mayın 22-də üzvü olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiya sədri vəzifəsinə namizədliyini irəli sürməyəcək. Bu siyasi çaşqınlıq Türkiyə maliyyə bazarlarında qeyri-müəyyənlik yaradıb.

Kanadada meşə yanğın - neft bahalaşdırıb

Neft qiymətləri cümə axşamı bahalaşmaqda davam edib. Bazar iştirakçıları bahalaşmanı Kanadada başlayan meşə yanğını ilə əlaqələndirirlər.

Kanadanın Alberta vilayətində böyük meşə yanğını zamanı təqribən 90 000 insan qaçmağa çalışıb. "Qırmızı Xaç"-ın verdiyi məlumata görə, bu, vilayətin tarixində ən böyük yanğındır. Ərazi isə neft istehsalı ilə məşhurdur. "Bloombergin" verdiyi məlumata əsasən isə "Shell" firması artıq yanğına görə istehsalını dayandırıb. Bu səbəblə, dünya əmtəə birjalarında da neftin bir barel qiyməti bahalaşmağa başlayıb. Hal-hazırda Amerikanın WTI markalı neftinin bir barel qiyməti dünya bazarlarında 44.60 dollara təklif edilir. Çərşənbə günü Amerikanın neft ehtiyatları ilə bağlı açıqladığı məlumatlardan sonra WTI neftinin qiyməti 43.21 dollara kimi ucuzlaşmışdı.

ABŞ-ın enerji informasiya adminstrasiyasının (EIA) çərşənbə günü verdiyi məlumata əsasən, ABŞ-ın kommersiya məqsədli neft ehtiyatı keçən həftə ərzində gözləniləndən daha çox, yəni 2.8 milyon barel artaraq, 543.4 milyon barelə çatıb. Bu isə 1982-ci ildən etibarən ən yüksək səviyyədir. Analitiklər isə yalnız 1.7 milyon barellik artım gözləyirdilər.

 

Növbəti həftə – 09-13 may, 2016

Avro yenidən bahalaşa bilər

Bu həftənin cümə günü Avrozonanın iqtisadi cəhətdən ən güclü dövlətinin, Almaniyanın iqtisadi inkişaf göstəriciləri açıqlanacaq. Analitiklər Almaniya iqtisadiyyatının birinci rüb üzrə inkişaf sürətində artım gözləyirlər. 

Böyük Britaniya funt sterlinqi ilə qazanmaq imkanı

Cümə axşamı Böyük Britaniya Mərkəzi Bankının uçot faiz dərəcəsi qərarı gözlənilir. Eyni zamanda, bank inflyasiya ilə bağlı hesabatını da açıqlayacaq. Böyük Britaniya iqtisadiyyatı aşağı inflyasiyadan əziyyət çəkir. 

Dollar dünya birjalarında bahalaşa bilər

Cümə günü Amerikanın pərakəndə satış sektoru üzrə açıqlanacaq statistik məlumatlarda, analitiklər artım proqnozlaşdırırlar. Bu, dolların dünya birjalarında bahalaşmasına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275