BİRJA

Brokerlərin renkinqi – AÇIQLANDI
06 MAY
315

Brokerlərin renkinqi – AÇIQLANDI

2016-05-06 17:53:00

Bu ilin aprel ayında Bakı Fond Birjasında (BFB) repo əməliyyatlar istisna olmaqla göstərilmiş xidmətlərin həcminə görə, brokerlərin renkinqi açıqlanıb. BFB-dən fins.az-a verilən məlumata görə, lisenziyası olan 4 investisiya şirkəti arasında ən çox xidməti dövlət istiqrazlarının anderrayteri olan “Unicapital” şirkəti göstərib – 50,5 milyon manatlıq. “Kapital Menecment” şirkəti 8,3 milyon manatlıq əməliyyatla 2-ci, “PAŞA Kapital” şirkəti isə 7 milyon manatlıq əməliyyatla 3-cü yerdə qərarlaşıb. “AzFinance” investisiya şirkəti isə 5,9 milyon manatlıq əməliyyatla 4-cü yeri tutub.

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

1

"Unicapital İnvestisiya Şirkəti" ASC

51,506,340.73

2

4

Kapital Menecment İnvestisiya Şirkəti ASC

8,290,116.06

3

3

“Paşa Kapital” MMC

6,981,462.28

4

2

"AzFinance İnvestisiya Şirkəti" QSC

5,912,287.89

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274