BİRJA

Dövlət istiqrazlarını göydə aldılar
03 MAY
503

Dövlət istiqrazlarını göydə aldılar

2016-05-03 16:21:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 91 gün tədavül müddətli, 15 milyon manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan fins.az-a verilən məlumata görə, sifarişlər 7 investor tərəfindən 14 ədəd təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 44 milyon 451,1 min manat təşkil edib. Sifarişlər 97.6000 (gəlirlik 9.9999%) və 96.2020 (gəlirlik 16.0549%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 97.1320 (gəlirlik 12.0075%) orta ölçülmüş qiymət 97.2377 (gəlirlik 11.5524 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların hamısı satılıb. Onların ödənmə tarixi 2 bu il, avqustun 2-dədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272