BİRJA

Əmanətdən də sərfəlidir –15% QAZANC İMKANI
02 MAY
2375

Əmanətdən də sərfəlidir –15% QAZANC İMKANI

2016-05-02 15:41:00

Azərbaycanda pulunu yatırıb qazanc əldə etmək istəyənlər üçün sərfəli yatırım imkanlar var. Söhbət pulu özəl şirkətlərin buraxdığı istiqrazlara yatırmaqdan gedir. Fins.az-ın məlumatına görə, hazırda bəzi şirkətlər istiqrazlar üzrə yüksək – bəzən illik 15%-ə çatan gəlirlər verirlər. Bu göstəriciyə görə, istiqrazlar bank əmanətlərini də üstələyir. Üstəlik istiqrazların əksəriyyətində gəliri ildə 4 dəfə götürmək olar. Fins.az «İnvest Az» şirkətinə istinadən ölkənin qiymətli kağızlar bazarında mövcud olan korporativ istiqrazlar və onların gəlirliyini açıqlayır.

«Unibank»ın istiqrazları

Hazırda «Unibank» istiqraz bazarında 2 istiqrazla təmsil olunur. Bunlardan birinin müddəti 2016-cı ilin sonunda, digəri isə 2018-ci ilin mayında başa çatır. Daha tez gəlir əldə etmək istəyən investorlar ilin  sonunda başa çatan kağızları ala bilərlər. Amma burada illik gəlirlik nisbətən aşağı olacaq - 9,75%. Daha çox gəlir əldə etmək istəyənlər isə 2018-ci ildə başa çatacaq ukatızlara ala bilərlər – burada gəlirlik illik 14%-dir. İstiqrazların nominal dəyəri 1000 manatdır. Broker şirkətlərinin versiyasına görə, «Unibank»ın istiqrazlarında likvidlik yüksək səviyyədədir. 

Eləcə də bax: Azərbaycanda qiymətli kağızlardan – 17% QAZANC İMKANI

 «Bakcell»in istiqrazları

«Bakcell» şirkətində ölkənin ilk operatoru olduqlarını qeyd etməyi sevirlər. Şirkət həm də ilk istiqraz buraxan  telekommunikasiya şirkətidir. «Bakcell»in istiqrazlarını n nominalı 1000 manatdır, ödəniş müddəti isə 2017-ci ilin sonunda başa çatır. Bu kağızları alanlar illik 9% gəlirrə ümid edə bilərlər.  Broker şirkətləri «Bakcell»in istiqrazlarının da likvidliyini yüksək səviyyədə qiymətlənirirlər. 

«Bank of Baku»nun istiqrazları 

«Bank of Baku»nun istiqrazlarını sahibləri cəmi 3 aydan sonra ödəniş alacaqlar – bu kağızları ödəniş müddəti 2016-cı ilin iyulun 24-də başa çatır. Amma yəqin ki, indi bazarda bk istiqrazları tapmaq asan deyil. Adətən ödəişə az qalmış kağızları satan az olur, üstəlik gəlirlik də aşağı deyil – ildə 12%. «Bank of Baku»nun istiqrazlarının nominalı 1000 manatdır. Bank sektorundakı ciddi dəyişikliklərə baxmayaraq broker şirkətləri «Bank of Baku»nun istiqrazlarının likvidliyini yüksək qiymətləndirirlər. 

«FİNCA»nın istiqrazları

Ödəniş tarixi ən yaxın olan istiqrazlar isə «FİNCA» Bank olmayan kredit təşkilatına aiddir. Bu kağızların sahibləri artıq iyulun 1-də ödənişlərini geri ala bilərlər. İstiqrazların illik gəlirliyi 11,5% təşkil edir. «FİNCA»nın istiqrazlarının də nominal dəyəri 1000 manatdır və onlar da broker şirkətləri tərəfindən yüksək likvidli sayılırlar.

«Amrahbank»ın istiqrazları 

«Amrahbank»ın istiqrazlarını alanlar isə illik 9% gəlir götürə biləcəklər. İstiqrazların müddəti 2022-ci ildə başa çatacaq, amma illik ödənişləri hissə hissə hər rübdə bir dəfə götürmək olar. İstiqrazların nominalı 100 dollardır, onlaran etibarlığına gəlincə, broker şirkətləri bu kağızların likvidliyini orta dərəcəli hesab edir.

Eləcə də bax: İstanbul birjasında pul yatırmaq üçün – ƏN ETİBARLI 6 ŞİRKƏT

Ən gəlirli istiqrazlar 

İstiqraz buraxan şirkətlərin siyahısında sonrakı yerləri bank olmayan kredit təşkilatları tutur. Bura KredAqro, FİNOKO, Premier Kredit, Merkuri, Finex Kredit və  FinansLizinq aiddir. Bu təşkilatların  istiqrazları daha çox gəlir gətirir – illik 13,5-15% arasında. Bu kağızlar üzrə gəlirləri ildə 4 dəfə götürmək olar. Son müddət isə 2017-2020-ci illər arasındadır.  

İstiqraz almağın xərci

Qeyd edək ki, istiqraz alqı-satqısı zamanı müvafiq qurumlara bəzi xidmət haqları ödənilməlidir. Bura Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və əməliyyatı həyata keçirən investisiya şirkətinin xidmət  haqları aiddir. İstiqrazların sayından və əməliyyatın məbləğindən asılı olaraq bütün xidmət haqları əməliyyatın məbləğinin 0,135%-i qədər nəzərdə tutulub. Amma bu məbləğ 25 manatdan az və 1350 manatdan artıq ola bilməz.

Emitent

Nominal

Gəlirlilik (illik)

Ödəniş tezliyi (il ərzində)

Likvidlik

Ödəniş tarixi

Tələb olunan ümumi xərclər (MDM, BFB, İnvestisiya Şirkəti)

Unibank ASC

1 000 AZN

14,00%

4

Yüksək

29.05.2018

0.135% (25- 1350 AZN)

Unibank ASC

1 000 AZN

9,75%

4

Yüksək

24.12.2016

0.135% (25- 1350 AZN)

Bakcell MMC

1 000 AZN

9,00%

4

Yüksək

17.12.2017

0.135% (25- 1350 AZN)

Bank of Baku ASC

1 000 AZN

12,00%

2

Yüksək

24.07.2016

0.135% (25- 1350 AZN)

FİNCA

1 000 AZN

11,50%

2

Yüksək

01.07.2016

0.135% (25- 1350 AZN)

Amrahbank

100 USD

9,00%

4

Orta

25.01.2022

0.135% (25 - 1350 AZN)

KredAqro BOKT

250 AZN

14,00%

4

Orta

16.09.2017

0.135% (25 - 1350 AZN)

FİNOKO BOKT

1 000 USD

15,00%

4

Orta

12.03.2018

0.135% (25 - 1350 AZN)

Premier Kredit BOKT

1 000 USD

13,5%

4

Orta

23.08.2017

0.135% (25 - 1350 AZN)

Merkuri BOKT

500 AZN

15,00%

4

Orta

10.10.2020

0.135% (25 - 1350 AZN)

Finex Kredit BOKT

500 USD

14,00%

4

Orta

02.03.2017

0.135% (25 - 1350 AZN)

FinansLizinq

500 USD

14,00%

4

Orta

22.02.2017

0.135% (25 - 1350 AZN)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272