BİRJA

Sabah istiqraz hərracı olacaq
02 MAY
329

Sabah istiqraz hərracı olacaq

2016-05-02 15:24:00

Sabah Bakı Fond Birjasında Maliyyə Nazirliliyinin Dövlət Qısamüddətli İstiqrazlarının satışı üzrə hərrac keçiriləcək. Birjadan fins.az-a verilən məlumata görə, hərraca hər birinin nominal dəyəri 100 manat olan 150 min istiqraz çıxarılacaq.

İstiqrazların tədavül müddəti 91 gün, ödəmə tarixi 2 avqust 2016-cı ildir. Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracın anderrayteri “Paşa Kapital” investisiya şirkətidir. Xatırladaq ki, bundan əvvəl oxşar hərraclarda anderrayter qismində “Unicapital” investisiya şirkəti çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274