BİRJA

Dövlət istiqrazlarından yeni imkan – 17%-Ə QƏDƏR QAZANC
29 APREL
495

Dövlət istiqrazlarından yeni imkan – 17%-Ə QƏDƏR QAZANC

2016-04-29 09:43:00

Azərbaycanda fevral ayından buraxılan və investorlara hərrac yolu ilə təklif edilən Dövlət İstiqrazlarına (Dİ) tələbat olduqca böyükdür. Belə ki, indiyə qədər təklif edilən milli valyutadakı istiqrazların 80%-dən çox hissəsi, ABŞ dollarındakı istiqrazların isə 70%-ə qədər hissəsi tam həcmdə investorlar tərəfindən reallaşdırılmışdır. Bu ilki Dövlət İstiqrazları həmçinin yüksək gəlirlilik imkanları ilə daha öncəkilərdən fərqlənir.

Dövlət İstiqrazları investorlara illik 17%-ə qədər gəlir imkanı yaradıb

Bu ilki Dİ-ın əksər hissəsi diskount faiz dərəcəsilə, yəni öz nominal dəyərindən (100 AZN və ya 100 USD) aşağı qiymətə, hərrac yolu ilə ölkə vətəndaşlarımıza təklif edilir. Bunun nəticəsində isə qiymətlər və gəlirliliyin səviyyəsi tamamilə tələb və təklifdən asılı olaraq, formalaşır. Yeri gəlmişkən qeyd edək ki, həm təklif həcminə, həm də Dİ-ına tələbatın səviyyəsinə görə milli valyutada olan Dİ-ı xüsusi yer tutur. Belə ki, təkcə ötən ay dövriyyəyə 25 mln həcmində milli valyutada Dİ-ı çıxarılmış və investorlar tərəfindən alınmışdır. Bu Dİ-ına investorların tələbi isə təklifdən üç dəfə çox (75,2 mln) olmuşdur. Onu da qeyd edək ki, milli valyutadakı Dİ-nın gəlirliliyi də xarici valyutadakından 3-5 dəfə çox olur. Belə ki, keçən ay ərzində emissiya edilən (kütləvi təklif edilən) Dİ-nın gəlirliliyi 17%-ə qədər olmuşdur.

Dövlət İstiqrazlarını necə əldə etmək olar?

Dövlət İstiqrazları Bakı Fond Birjasında həyata keçirilən hərraclar vasitəsilə ölkə vətəndaşlarımıza təklif edilir. Bu baxımdan hüquqi şəxslərlə yanaşı, sadə vətəndaşlar da İnvestisiya Şirkətlərinə öz sifarişlərini təqdim edərək, asanlıqla Dİ-nı əldə edə bilərlər. Bu zaman diqqət etməli əsas məqamlardan biri Dİ-nın qiymətlərinin ən yaxşı qiymət əsasında formalaşmasıdır. Belə ki, hərrac başa çatdıqdan sonra Maliyyə Nazirliyi qiymət sifarişləri içərisindən ən uyğun minimum qiyməti seçir (kəsmə qiymət) və bu qiymətdən yuxarı qiymətlə olan investorların sifarişləri reallaşdırılır. Bu baxımdan Dİ-nı əldə etmək istəyən investorlara öz sifarişlərini daha rəqabət qabiliyyətli qiymətlə İnvestisiya Şirkətlərinə təqdim etməkləri tövsiyyə olunur. Qeyd edək ki, Dövlət İstiqrazlarının anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir. Bununla belə, Siz Dövlət İstiqrazlarını almaq üçün digər İnvestisiya Şirkətlərinə (İnvest-AZ İ.Ş. QSC; AzFinance İ.Ş. QSC; Kapital Menecment İ.Ş. ASC və PAŞA Kapital İ.Ş. QSC) də müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275