BİRJA

Neft 48 dollara yaxınlaşır
28 APREL
419

Neft 48 dollara yaxınlaşır

2016-04-28 14:52:00

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsini artırmaması fonunda “Brent” markalı neftin bir barrelinin qiyməti 48 dollara yaxınlaşır. Londonun İCE birjasında “Brent” nefti son 5 ay yarımın ən baha qiymətinə - 47,50 dollara alıcı axtarır.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 45 dollardan baha satılır.

Analitiklər həm FES-in, həm də Yaponiya Mərkəzi Bankının (BOJ) faiz dərəcəsində və pul siyasətində dəyişiklik etməməsindən sonra neftin qiymətinin bahalaşmaqda davam edəcəyi qənaətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274