BİRJA

İstanbul birjasında pul yatırmaq üçün – ƏN ETİBARLI 6 ŞİRKƏT
28 APREL
712

İstanbul birjasında pul yatırmaq üçün – ƏN ETİBARLI 6 ŞİRKƏT

2016-04-28 12:53:00

Manatın devalvasiyası, dolların məzənnəsinin tez-tez dəyişməsi və daşınmaz əmlak bazarındakı qeyri-müəyyənlik, bəzi yerli investorları sərmayə yatırmaq üçün yeni sahələr axtarmağa vaar edib. Bu istiqamətlərdən biri də qonşu Türkiyənin fond bazarıdır. Belə ki, azərbaycanlı sərmayəçilər qardaş ölkənin şirkətlərinin səhmlərinə də vəsait yatıra bilərlər.

«Texnika Kapital Menecment» broker şirkətindən fins.az-a bildirilib ki, son proseslər, o cümlədən dolların məzənnəsinin kəskin artması Türkiyə qiymətli kağızlarına sərmayə yatırılmasının sərfəli olduğunu təsdiqləyib. Belə ki, bu ölkədə yerli valyuta dollar qarşısında cəmi 20% ucuzlaşıb. Nəticədə vaxtilə türk şirkətlərinin səhmlərinə vəsait yatıranlar bundan böyük fayda götürüblər. 

Eləcə də bax: Azərbaycanda qiymətli kağızlardan – 17% QAZANC İMKANI

Şirkət Türkiyə bazarında  - İstanbul birjasında səhmlərinə investisiya qoyulması tövsiyə olunan ən sərfəli 5 şirkəti də açıqlayıb.

1. Türk Hava Yolları (THY)

THY son illər Türkiyənin ən sürətlə inkişaf edən şirkətidir. Messsi də daxil olmaqla tanınmış ulduzların iştirak etdiyi reklamlar davamlı olaraq şirətin yeni marşrutlarının açıldığını göstərir. Nəticədə son 1 ildə THY-nin səhmləri 17% bahalaşıb. Bir il əvvəl səhmin qiyməti 6 lirə idisə, indi qiymət 7 lirəyə çatıb.

Ümumiyyətlə, son illərdə THY-nin səhmləri sürətlə bahalaşıb. Əvvəla, şirkət 2008-ci il böhranından yaxşı çıxmışdı, üstəlik, son illər neft ucuzlaşdığına görə, aviasiya şirkətinin mənfəəti də artıb. Şirkətin rəhbərliyi gəlirlərin əsas hissəsini onun böyüməsinə yönəldib. Nəticədə THY Avropanın aparıcı aviaşirkəti olub və bu da onun səhmlərinə marağı daha da artırıb. Yeri gəlmişkən, Türk Hava Yollarının səhmlərinə investisiya edən investorlar arasında azərbaycanlılar da var.  THY sonuncu dəfə 2013-cü ildə dividend verib – nominalın 12%-i, real kursun 2%-i həcmində. 

2. Türkiyə bankları

Türkiyənin bank sektoru da son iki ildən –seçki dönəmini və bəzi hadisələri nəzərə alsaq -  uğurlu çıxıb. Bu uğurlar özünü bankların səhmlərinin qiymətində göstərib. Buna misal olaraq qonşu ölkənin «İş Bankısı», «Qaranti» və «Halk bank»ını (51%  dövlətə məxsusdur) göstərmək olar. Nəticədə bankların səhmləri son 2 ildə 25-36% yüksəlib. Üstəlik, banklar ildə 4-5% həcmində dividend də verirlər. «İş Bankası»nın səhminin qiyməti son iki ildə 3,67 lirədən, hazırda 5 lirəyə, «Halk bank»ın səhmi 2 il əvvəlki 9,5 lirədən hazırda 11 lirəyə yüksəlib. «Qaranti» bankınını səhsləri isə 2 il əvvəl birjada 6 lirəyə satıldığı halda, indi 8,60 lirəyədir.

3. Türk Telekom 

Türkiyənin əsas və tək telekom şirkətinin səhmləri təkcə 2016-cı  ilin ilk 3 ayında 20% bahalaşıb. Artımın səbəbi şirkətin yeni 4,5G standartına keçməsi olub. «Türk Telekom» sahəsinə bğöyük investisiyalar yatırır. Nəticədə dividend azalsada, şirkətin güvənliyi yüksəlir və səhmləri dəyərə minib. Bu sahədə dövlətin həyata keçirdiyi iri layihələr – hansında ki, əsas operator Türk Telekom çıxış edir - də şirkətin dəyərini artırır. Nəticədə ilin əvvəlində 5,5 lirə qiyməti olan səhmlər indi 6,65 lirədir. 

4. Petkim

Bir neçə illər əvvəl bu şirkət Türkiyə bazarında ciddi seçilmirdi. Amma son 2 ildə, bu şirkətin sahibləri sırasına Azərbaycanın SOCAR şirkəti sonra Petkim çox ciddi artıma başlayıb. Dünya bazarında neftin ucuzlaşması da Petkimə müsbət təsir edib. Belə ki, neft Petkimin əsas  xammalı olduğuna görə, onun kəskin aşağı düşməsi şirkətin mənfəətini artırıb. Nəticədə Petkimin səhmləri son iki ildə 157% və ya 2,5 dəfə yüksələrək 1,63 lirədən 4,12 lirəyə qalxıb.

5. Tekfen şirkəti

Bu şirkət də Azərbaycanda yaxşı tanınır. «Tekfen» artıq uzun illərdir ki, Azərbaycanın neft layihəəri üzrə işlərin əsas podratçısıdır. Son vaxtlar «Tekfen»in səhmləri də yüksəlib. Səbəbi Türkiyə ətrafında baş verən hadisələrdir. Belə ki, şirkətin digər bölgə ölkələrində də inşaat layihələri var idi. Amma ərəb ölkələrində baş verən hadisələrdən sonra bu layihələr dayanmış və səhmləri ucuzlaşmışdı. Ammason vaxtlar vəziyyət düzələndən sonr «Tekfen»in də vəziyyəti sabitləşməyə başlayıb .Nəticədə son 1 ildə onun səhmdəri 50% bahalaşaraq 4 lirədən, 6 lirəyə çatıb. 

6. «Beşiktaş» 

Azərbaycanın futbol həvəskarları arasında «Beşiktaş» məşhur olsa da, investorlar onun imkanlarından hələ xəbərsizdirlər. Amma maraqlanmağına dəyər – son bir ildə bu klubun səhmləri bahalaşıb. «Beşiktaş» göstərdiyi oyun, əldə etdiyi nəticələr, çempion olma ehtimalı oun gəlirlərini də artırıb. Komandanın yeni stadionunun tikintisinin başa çatması da səhmlərə təsir edib. Stadionda reklamdan əldə edəcəyi gəlirin artması imkanları da var. Bütün bunlar şirkətin səhmlərini kəskin bahalaşdırıb. Nəticədə son bir ildə səhmlər 150% və ya 2,5 dəfə artaraq bir səhm üçün 2,16 lirədən 5,22 lirəyə qalxıb.

Ümumiyətlə, «Texnika Kapital Menecment» mütəxəssisləri bildirir ki,  son bir ildə Türkiyədə bütün səhmdar şirkətlərin səhmlərində artım müşahidə olunur. Hətta bir qədər əvvəl ölkə daxilində və xaricində olan risklər də bu artıma mane ola bilməyib.

“Bütün bunlar  böyük gərginliyin fonunda baş verib”

Üstəlik, investorlar nəzərə almalıdırlar ki, bütün bu proseslər, yəni şirkətlərin inkişafı və onların səhmlərinin bahalaşması böyük gərginliyin fonunda baş verib.Belə ki, bu dövrdə ölkədə iki dəfə seçki keçirilib, PPK və terror aktları ilə bağlı böyük problemlər yaşanıb, bölgədə, xüsusilə də Suriya və İraqda Türkiyənin də dolayısı ilə cəlb olunduğu gərginlik hökm sürüb. Nəhayət, son yarım ildə Rusiya ilə Türkiyə arasında münqasibətlərin kəskin pisləşməsi və iqtisadi əlaqələrin ciddi surətdə azalması baş verib. Ekspertlər bildirir ki, bir qayda olaraq belə hallar iqtisadiyatın ziyanına işləyir və ölkədə iqtisadi çətinliklərə səbəb olmalı idi. Amma Türkiyədə hətta belə hadisələin fonunda iqtisadi inkişaf və fond bazarında qiymət artımı davam edib.

İqtisadi artımın daha sürətli olması gözlənilir

Deməli, qarşıdaki dövrdə bu artımın daha sürətli olması gözlənilir. Belə ki, seçkilərdən sonra siyasi risklərin aradan qalxdı və investorlar daha inamlı hərəkət etməyə başlaılvar. Eləcə də lirənin dəyər itkisi də azaldı. Qarşıdakı dövrdə Suriyə məsələsinə aydınlıq gəlsə və Rusiya ilə münasibətlər qaydasına düşsə, şirkətlərin vəziyyətinin və fond bazarının daha sürətli müsbət inkişafını gözləmək olar. Yəni hər şey indi olduğu kimi qalsa, səhmlərin qiymətinin yenə də artması gözlənilir. Amma təbbi indiyədək son iki ildə baş verən artım həddində olmayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272