BİRJA

Neftin qiyməti 47 dolları keçdi
28 APREL
368

Neftin qiyməti 47 dolları keçdi

2016-04-28 00:51:00

ABŞ-da həftəlik kommersiya xam neft ehtiyatları 2 milyon barel artım göstərərək gözləntilərdən aşağı artım göstərib.

Fins.az-ın Marja.az-a istinadən məlumatına görə, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) 22 Apreldə bitən həftə ərzində ölkədə xam neft ehtiyatlarının bir əvvəlki həftəyə nisbətən 2 milyon barrel, yəni 0,4 faiz artdığını açıqlayıb.

Bazar gözləntisi ehtiyatların 2,4 milyon barel artım göstərməsi istiqamətində idi.

Bir əvvəlki həftədə isə kommersiya xam neft ehtiyatları 2,1 milyon barel artım göstərmişdi. ABŞ-da Strateji Neft Ehtiyatları da dəyişməyərək sözügedən həftədə, 695,1 milyon barreldə qalıb.

Bundan başqa, sözügedən həftə ərzində benzin ehtiyatları 1,6 milyon barel artıb.

ABŞ-DA HASİLAT AZALIR

Digər tərəfdən, EIA, 22 Apreldə bitən həftədə ABŞ-ın xam neft hasilatının əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 15 min barel azalaraq 8,94 milyon barel olduğunu açıqlayıb.

Ölkənin xam neft idxalı sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 637 min barel azalaraq 7,55 milyon barelə enib.

ABŞ-da həftəlik xam neft ehtiyatları barədə məlumatın açıqlanmasından sonra, qlobal bazarlarda neft qiymətlərində artım davam edib. ABŞ  Qərbi Texas növü xam neftin barrel qiyməti 3,1% artımla 45,47 dollara, Brent nefti isə 3,3% artımla 47,27 dollara çıxıb. Neftin bahalaşmasına Fed-in faiz artırmağı təxirə salması da müsbət təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272