BİRJA

Neft rekord həddə
27 APREL
1921

Neft rekord həddə

2016-04-27 15:32:00

Dünya bazarında neftin qiyməti noyabrdan bəri ilk dəfə 47 dolları keçib. Fins.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 13:48-də London əmtəə birjasında iyun ayı üçün bağlanılan neft müqaviləsində qara qızılın 1 barrelinin qiyməti 47,05 dollar götürülüb. Bu da 2,4% bahalaşma deməkdir. Kəskin qiymət artımı ABŞ-da neft ehtiyatlarının həcminin azalması fonunda baş verib.

Neftin bahalaşması neft hasilatı ilə məşğul olan ölkələrdə yerli valyutanan möhkəmlənməsi, dolların məzənnəsinin isə aşağı düşməsinə səbəb olub. Belə ki, qonşu Rusiyada bu gün dollar rubl qarşısında ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272