BİRJA

Dollar Rusiyada da ucuzlaşdı
27 APREL
608

Dollar Rusiyada da ucuzlaşdı

2016-04-27 13:06:00

Rusiyada dolların məzənnəsi növbəti psixoloji həddi keçib. Fins.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Moskva birjasındakı hərraclarda ABŞ valyutası 65 rubldan da aşağı düşüb. Dolların məzənnəsi 64,98 rubla bərabər olub. Avronun məzənnəsi də azalaraq 73,77 rubl olub. Doğrudur, sonradan dollar bir qədər bahalaşaraq 65 rublu keçib.

Ekspertlərin fikrincə, rublun möhkəmlənməsi dünya bazarında neftin qiymətinin artması ilə əlaqədardır. Belə ki, hazırda Brent markalı neft London birjasında 46,43 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270