BİRJA

Neft Fondu pullarını hansı valyutada saxlayır? – BÖLGÜ
23 APREL
651

Neft Fondu pullarını hansı valyutada saxlayır? – BÖLGÜ

2016-04-23 11:02:00

Dövlət Neft Fondunun vəsaitlərinin 87,5%-i dünyanın 3 aparıcı valyutasında saxlanır. Bunlar – ABŞ dolları, avro və funt-sterlinqdir. Fins.az-ın məlumatına görə, bu barədə Fondun 2016-cı ilin 1-ci rübünün nəticələri ilə bağlı hesabatında deyilir. Hesabata görə, fondun ümumi investisçiya portfeli 33 milyard 936,8 milyon dollar təşkil edir. 

Bu vəsaitlərin 47,1%-i və ya 15 975,3 milyon dolları ABŞ dollarındadır. Avroda olan vəsaitlər 10 655,8 milyon dollar və ya ümumi investisiya portfelinin 35,5%-i qədərdir. Funtda olanlar isə 1 150,7 milyon dollar və ya 4,9% təşkil edir. Fondun vəsaitlərinin 3,5%-i qızılda saxlanır. Bunlardan başqa, vəsaitlər rus rublu, türk lirəsi, yapon ieni, Çin yuanı və başqa valyutalardadır. Neft Fondunun vəsaitlərinin cəmi 309,2 milyon dolları və ya 0,9%-i manatda saxlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272