BİRJA

Gümüş qızılı üstələyir – BİRJADA VƏZİYYƏT
22 APREL
371

Gümüş qızılı üstələyir – BİRJADA VƏZİYYƏT

2016-04-22 18:00:00

Son vaxtlar gümüşün populyarlığı yenidən artmağa başlayıb. Fins.az-ın məlumatına görə, bu qiymətli metalın hər unsiyası 2011-ci ildə 31 illik rekordu yeniləyərək 48,44 dollara çatmışdı. Sonradan gümüş yenidən 5 il ərzində ucuzlaşıb və artıq indi yenidən bahalaşmaqdadır. Təkcə bu ayın əvvəlindən gümüş 13% dəyər qazanıb.

Qiymət artımının başlıca səbəbi aşağı faiz dərəcələri fonunda metallara tələbatın artmasıdır. Digər səbəb isə gümüş hasilatının azalmasıdır. Məsələ ondadır ki, digər xammallardan fərqli olaraq gümüçün hasilatı ilə ayrıca heç kim məşğul olmur. Bu metal adətən mis, qurğuşun və qızılla eyni vaxtda hasil olunur və onların emalı nəticəsində emal edilir. Hətta gümüşün aparıcı istehsalçısı olan Meksikanın Fresnillo korporasiyasının da əsas gəliri gümüşdən yox, qızıldandır. Xammal növlərinin əksəriyyətinin sabit tədarükçüləri var. Gümüşdə isə belə deyil. Son 5 ildə bu metalın istehsalı ilə məşğul olan 5 aparıcı şirkətin siyahısında dəfələrlə dəyişiklik olub. 2012-ci ildə iri istehsalçılardan biri – BHP Billiton Kenninqton şaxtasını yeni müəssisə üçün ayıraraq gümüş hasilatını tam dayandırıb.

Bu hallar son 10 ildə gümüş üçün əsas problem olub. Xammal bazarının bum dövründə tələbat əsasən qiymətli metallara olub, gümüş isə diqqətdən kənarda qalıb. Aparıcı xammal istehsalçılar - KGHM və Goldcorp müvafiq olaraq mis və qızıl istehsalını artırıblar. Bu isə paralel olaraq şirkətlərin daha çox gümüş əldə etməsi ilə nəticələnib. Onun bazara çıxarılması isə qiymətlərin azalması ilə nəticələnib. İndi isə vəziyyət dəyişir. Silver İnstitut mərkəzinin proqnozlarına görə, bu il bütün dünyada gümüş istehsalı 5% azalacaq və bu cür tendensiya 2019-cu ilə qədər davam edəcək.

Əgər söhbət hansısa xammalın az olmasından gedirsə, bu, artıq onun bahalaşması deməkdir. İnvestorlar üçün bu yaxşı xəbərdir. Amma bir məsələ var. Mis, qızıl və dəmir filizi istehsalçıları bazardakı proqnozları uyğun planı yerinə yetirsələr də, gümüşə münasibətdə elə də çevik reaksiya vermirlər. Odur ki, digər metallardan fərqli olaraq bazarda gümüş çatışmazlığının qalacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272