BİRJA

Neftdən növbəti rekord – QİYMƏTLƏR KƏSKİN ARTDI
21 APREL
1232

Neftdən növbəti rekord – QİYMƏTLƏR KƏSKİN ARTDI

2016-04-21 01:55:00

Dünya bazarında neftin qiyməti sürətlə artmağa başlayıb. Fins.az-ın məlumatına görə, London birjasında Brent markalı neft ötən ilin dekabrından bəri ilk dəfə olaraq 45 dolları keçib. Bahalaşma bununla başa çatmayıb – hərracların gedişində qiymətlər daha da yüksələrək 46 dollara yaxınlaşıb - 45,8 dollar.

Amerika birjalarında da neftin qiyməti yüksəlib. Nyu-York birjasında WTI markalı neft 3,27% bahalaşaraq 43,86 dollar olub. Bu ötən ilin noyabrından bəri ən yüksək qiymətdir.

Neftin bu dəfəki bahalaşmasının bir neçə səbəbi var. Biincisi ABŞ-da neft ehtiyatlarını həcmi ilə bağlı açıqlanan rəqəmlər olub. Belə ki, neft ehtiyatları gözləniləndən az olub. Qiymət artımına səbəb olan digər amil Küveytlə neftçilərin tətilidir.

Nəhayət neftin bahalaşmasının digər səbəbi neft hasil edən ölkələrin hasilatı azaltmaq barədə danılıqları davam etdirmək barədə bəyanatlar olub. İraqın neft naziri Fəyyad əl-Nim bildirib ki, artıq may ayında OPEK üzvləri və Rusiyanın neft hasilatını dayandırması barədə danışıqlar gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272